Xəbər lenti

Maradonanın rekordunu qıran slovakiyalı ulduz millidəki karyerasını bitirdi
İdman 12:44 21.11.2022

Maradonanın rekordunu qıran slovakiyalı ulduz millidəki karyerasını bitirdi

Slovakiya millisinin ulduzu Marek Hamşik yığma karyerasını başa vurub.

Qaynarinfo-nun məlumatına görə "Trabzonspor"un təcrübəli futbolçusu ölkəsinin Cənubi Amerika təmsilçisi Çili ilə üz-üzə gəldiyi yoldaşlıq matçından sonra karyerasını bitirdiyini elan edib.

0:0 hesabı ilə bitən görüşdə Slovakiya millisinin ilk "11-liy"ində yer alan Hamşik sonuncu dəfə ölkəsinin komandasında forma geyinib. Matçdan sonra sosial media hesabında paylaşım edən futbolçu "Ölkəmi təmsil etmək həmişə böyük şərəf və qürur olub" - ifadələrinə yer verib.

Slovakiya millisində 15 illik karyerası boyu 136 dəfə meydana çıxan yarımmüdafiəçi, bu müddətdə 26 qola, 20 məhsuldar ötürməyə imza atıb. Slovakiya millisində ən çox qol vuran futbolçu ünvanına malik olan Hamşik ölkəsində 8 dəfə ilin futbolçusu adına layiq görülüb. 

2007-2019-cu illərdə İtaliya A Seriyasında "Napoli"nin formasını geyinmiş Hamşik hazırda "Trabzonspor"da çıxış edir. A Seriyasında 408 oyun keçirən Hamşik eyni zamanda komandasının ən çox qol vuran (100 qol və 80 ötürmə) futbolçusu olub və argentinalı əfsanə Maradonanın rekordunu qırıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->