Xəbər lenti

Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub
İdman21:00 11.10.2026

Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında VII turun son oyununda "Turan Tovuz" səfərdə "Şəfa" ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 45+2-ci dəqiqədə Dioqo Balau vurub.

"Turan Tovuz" 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1), "Qarabağ" "İmişli"ni (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.