Xəbər lenti

Mauro İkardi dünyanın ən bahalı avtomobilini aldı (FOTO)
Foto 13:11 11.09.2023

Mauro İkardi dünyanın ən bahalı avtomobilini aldı (FOTO)

"Qalatasaray"ın ulduzu Mauro İkardi dünyanın ən bahalı avtomobilinə sahib olub.

Qaynarinfo-nun məlumatına görə, argentinalı ulduz meydandan kənarda da maraqla izlənilən şəxslər arasındadır. O, bu dəfə aldığı avtomobillə gündəmə gəlib. 

"L'equipe"in məlumatına görə İkardi "Rolls Royce Boat Tail" modellərindən birinə alıb. Hansı ki, bu maşından dünyada cəmi üç ədəd istehsal olunub. Qalan iki modeldən biri Cey Z və Beyonsa, digəri adı açıqlanmayan ultrazəngin ailəyə məxsusdur. 

Dünyanın ən bahalı avtomobili kimi tanınan "Rolls Royce Boat Tail"ın dəyəri təxminən 30 milyon dollardır. Uzunluğu 5,8 metrə yaxın, dördoturacaqlı, ikiqapılı "Rolls-Royce Boat Tail", şirkətin İngiltərənin Sasseks şəhərindəki qərargahında istehsal edilən ilk avtomobil olduğu bildirilir. Avtomobilin ön korpusunda yerləşən saat İsveçrənin ən köklü istehsalçılarından olan "BOVET 1822" tərəfindən işləmişdir. Bildirilir ki, biri bilək, digəri isə avtomobil üçün olan iki saatın birləşdirilməsinə 3,5 il vaxt sərf olunub. Avtomobilin 6,75 litrlik tvin-turbo V12 mühərriki 563 at gücündədir. Avtomobilin arxa hissəsində qab-qacaq, içkilər üçün soyuducu, fırlanan kokteyl masaları, qatlanan stullar və günəş çətiri var. Arxa qapılar açıldıqda qanad forması əmələ gəlir.

İkardi cari mövsümdə meydana çıxdığı yeddi matçda eyni sayda qol vurub,  bir məhsuldar ötürməyə imza atıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->