Dünya 13:17 11.11.2023

Medvedev: “NATO impotetnlərinin 20 ilə edə bilmədiyini “Taliban” bir ilə etdi”

ABŞ əfqan heroininin Rusiya və digər ölkələrə ixrac edilməsində maraqlıdır. 

Qaynarinfo xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Sübut kimi o, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatlarına istinad edib ki, 2022-ci ilin sonundan indiyədək Əfqanıstanda narkotik istehsalı 95 % azalıb. Medvedev vurğulayıb ki, "Taliban” amerikalıların rəhbərlik etdiyi "NATO impotentlər koalisiyasının” 20 ildə edə bilmədiyi şeyi bir ildən az müddətdə edib.

"Rusiyaya və digər ölkələrə heroinin ixracında həqiqətən maraqlı olan tərəf regionu tərk edəndə belə olur”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Alpər