İyulun 3-də müğənni Teylor Svift ilə ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin nikah mərasimi Nyu-Yorkda keçiriləcək.
Qaynarinfo xəbər verir ki, AP agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazdığına görə, mərasim "Madison Square Garden” kompleksində təşkil olunacaq. Bununla əlaqədar Manhettenin mərkəzində yerləşən arenanın ətraf küçələri bağlanacaq. Tədbir səbəbindən yaxınlıqdakı mağazaların, iaşə obyektlərinin və ictimai nəqliyyatın işində də dəyişikliklər gözlənilir.
Toyun təşkilatçıları, eləcə də cütlük mərasimlə bağlı təfərrüatları açıqlamayıb. Şahidlərin sözlərinə görə, son günlər "Madison Square Garden” ərazisinə avadanlıqlarla dolu iri yük maşınları gətirilir. Bir müddət giriş hissəsində böyük xalça sərilsə də, sonradan yığışdırılıb.
Teylor Svift və Trevis Kelsi nişanlandıqlarını 2025-ci ilin avqustunda elan ediblər. Son həftələrdə onların toyunun ABŞ-nin 250 illiyi münasibətilə keçiriləcək tədbirlər çərçivəsində iyulun 3–5-i tarixlərində məhz "Madison Square Garden”də baş tutacağı barədə məlumatlar yayılıb.
Təxminən 19,5 min tamaşaçı tutumuna malik "Madison Square Garden” idman yarışları ilə yanaşı, konsert və digər iri tədbirlərin keçirildiyi məşhur məkandır. Burada daha əvvəl də toy mərasimləri təşkil olunub. 1974-cü ildə fank musiqiçisi Slay Stoun və aktrisa Keti Silvanın toyu da bu arenada keçirilmişdi.
Aydın
Şərhlər