Xəbər lenti

Məşhur mütəxəssis "Sabah"ın baş məşqçisi təyin edildi
İdman13:55 20.06.2025

Məşhur mütəxəssis "Sabah"ın baş məşqçisi təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın "Ekranas” (2013-2014), "Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın "Qoritsa” (2020-2021), "Hayduk” (2021-2022), Bolqarıstanın "Ludoqorets” (2021), Yunanıstanın "OFİ Krete” (2022-2023) və Macarıstanın "Dyoşdyor” (2025) klublarında çalışıb.
Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/2021), iki dəfə Litva çempionu (2014/2015, 2015/2016), bir dəfə Latviya Kubokunun (2018/2019), üç dəfə Litva Kubokunun (2014/2015, 2015/2016, 2016/2017), bir dəfə Xorvatiya Kubokunun (2021/2022), iki dəfə Litva Superkubokunun (2015/2016, 2016/2017), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/2022) qalibi olub.