Dünya 21:42 31.03.2023

Məşhur nəşrlər Evan Geroşkeviçin azad edilməsini tələb edir

ABŞ-ın dörd aparıcı nəşri Rusiyada casusluq ittihamı ilə saxlanılan "The Wall Street Journal"ın jurnalisti Evan Geroşkeviçin azad edilməsi tələbi ilə birgə bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” məlumat yayıb 

Bəyanatda yalnız bir neçə cümlə yer alıb:

"Dünyada etibarlı informasiyaya ehtiyac duyulduğu bir vaxtda Rusiyada baş verən hadisələri dürüst və dəqiq işıqlandıran "The Wall Street Journal”ın hörmətli jurnalisti Evan Geroşkeviçin saxlanılmasından dərin narahatıq. Evanın saxlanması müstəqil jurnalistikaya təzyiq göstərmək və ictimaiyyəti mühüm xəbərlərdən məhrum etmək məqsədi daşıyır. Evanın dərhal azad edilməsinə çağırırıq”.

Xatırladaq ki, bundan əvvəl "The Wall Street Journal" və ABŞ prezidenti Co Bayden də bunu tələb ediblər. "Onu buraxın",  deyə ABŞ prezidenti Geroşkeviçin həbsini şərh edərkən bildirib.

Nizami Bağırov