Xəbər lenti

Monteneqro prezidenti: Aİ-nin etinasızlığı Rusiyaya Qərbi Balkanlarda platforma verib
Dünya 11:40 29.03.2023

Monteneqro prezidenti: Aİ-nin etinasızlığı Rusiyaya Qərbi Balkanlarda platforma verib

İkinci müddətə prezidentliyə namizəd olan Monteneqronun hazırkı prezidenti Milo Cukanoviç hesab edir ki, Avropa İttifaqı Rusiyaya öz təsirini Qərbi Balkanlara genişləndirməyə imkan verib və bu regionu anti-Avropa siyasəti üçün "platforma” edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Cukanoviç AP-yə müsahibəsində bildirib.

"Rusiya Avropa İttifaqının açıq qoyduğu məkana sadəcə daxil oldu. Avropa Birliyi son 10 ildə Qərbi Balkanlarla nə edəcəyini bilmirdi, amma Rusiya bilirdi. O, öz şəbəkəsini Balkanlarda qurdu", - siyasətçi bildirib.

Cukanovic deyib ki, Monteneqronun hazırkı prezident seçkiləri onun təmsil etdiyi avropayönlü siyasətlə Serbiya və Rusiya ilə daha sıx əlaqələrə üstünlük verən partiyaların üstünlük təşkil etdiyi hazırkı koalisiya hökumətinin "kobud populizmi” arasında seçimdir.

İndi analitiklər eyni fikirdədirlər ki, Cukanoviçin rəqibi, yeni yaradılmış "Avropa indi” partiyasının 36 yaşlı üzvü Yakov Milatoviç prezidentlik uğrunda mübarizənin favoritidir.

2020-ci ilin dekabrından 2022-ci ilin aprelinə qədər Monteneqronun iqtisadiyyat naziri vəzifəsində çalışmış Milatoviç ölkənin Aİ arzularını dəstəklədiyini bildirib, lakin Cukanoviç hesab edir ki, hakim koalisiyanın siyasəti əksini göstərir.

"Cənab Milatoviç hələ də seçkilərdə (2020-ci il – red.) qalib gəlmiş parlament çoxluğunun tərkibində olan və belə nəticələrə görə bilavasitə cavabdeh olan şəxsdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->