Bir vaxtlar kino dünyasının ən çox nümunə göstərilən ailələrindən birinə sahib idi. Sevərək evlənmiş və yeganə övladlarını da sevinc içində böyütmüşdülər. Lakin sonradan hər şey dəyişdi.
Həyat yoldaşı onu birlikdə rol aldığı həmkarı ilə aldatdı. Nəticədə ailəsi dağıldı. Təbii ki, xəyanətə məruz qalmaq onun üçün də ağır oldu. İllər keçdi və o, daha iki dəfə evləndi. Artıq 70 yaşını geridə qoyub. Hətta xəyanətlə nəticələnən evliliyindən olan oğlunu da bu il evləndirdi. Öz etirafına görə, bütün bu yaşananlardan sonra həyatın sirrini anlayıb və xoşbəxtliyi harada axtarmaq lazım olduğunu öyrənib.
Qaynarinfo xəbər verir ki, yaşlandıqca müdrikləşən insanlara nümunə olan məşhur aktyor Dennis Kuayd bir vaxtlar “kinonun romantik şahzadəsi” adlandırılan Meq Rayan ilə xoşbəxt ailə həyatı yaşayıb. Hazırda 72 yaşında olan aktyorun ailəsi xəyanət səbəbindən dağılıb.
Meq Rayan “Proof of Life” filmindəki həmkarı Rassell Krou ilə münasibət yaşayıb. Beləliklə, Hollivudun nümunəvi ailələrindən biri hesab olunan cütlüyün ailə həyatı da sona çatıb.
Həmin dövr Dennis Kuayd üçün asan keçməsə də, o, yenidən həyata bağlanıb. Görünür, Kuayd artıq həyata əvvəlkindən, daha doğrusu, gənclik illərində olduğundan tamamilə fərqli baxır.
Həyatdan aldığı ən mühüm dərs
Aktyor iştirak etdiyi tədbirlərdən birində “Həyatımın ən xoşbəxt dövründəyəm”, deyərək bunu ifadə edib.
Kuayd aparıcısı olduğu “Water Wars” sənədli filminə həsr olunmuş tədbirdə iştirak edib. O, həmin vaxt “People” jurnalına müsahibə verib. Aktyor uzun illər ərzində xoşbəxtliyin əslində insanın ətrafında, yəni çox yaxınında olduğunu dərk etdiyini bildirib.
Kuayd bunun həyatdan aldığı ən yaxşı dərs olduğunu vurğulayıb. Təcrübəli aktyor deyib: “Xoşbəxtlik indi və hər yerdədir. Etməli olduğunuz yeganə şey bir anlıq dayanıb ətrafınıza baxmaqdır”.
O, bu vəziyyəti “həyatda olmağın sevinci” sözləri ilə ifadə edib. Karyerasına gəldikdə də Kuayd dünyagörüşünün dəyişdiyini söyləyib.
“Gənclik illərimdə daim nəyəsə nail olmağa çalışırdım. İndi isə işimə o vaxtdan daha böyük həvəslə bağlıyam. Daha böyük həyəcanla işləyirəm”, deyə aktyor fikrini yekunlaşdırıb.
Özündən gənc həyat yoldaşı ilə xoşbəxtdir
Dennis Kuayd Meq Rayandan əvvəl də evli olub. Bu nikahı bitdikdən sonra iki övladının olduğu daha bir evlilik yaşayıb.
2020-ci ildə 35 yaşlı Laura Savoie ilə ailə qurub.
Kuaydın Meq Rayan ilə qalmaqallı şəkildə başa çatan evliliyindən olan yeganə övladı Cek Kuayd isə bu ilin aprel ayında Klaudiya Dumi ilə ailə həyatı qurub.
Aydın
Şərhlər