Xəbər lenti

MTK zibil konteynerlərini evinin pəncərəsinin qarşısında yerləşdirib (VİDEO)
Video 11:33 18.07.2026

MTK zibil konteynerlərini evinin pəncərəsinin qarşısında yerləşdirib (VİDEO)

Məişət tullantıları üçün nəzərdə tutulan zibil konteynerləri düz yaşayış evinin pəncərəsinin qarşısına yerləşdirilib. Üfunət və pis qoxu isə ev sahibinin gündəlik probleminə çevrilib.

Paytaxt sakini Rövşən Səfiquliyev illərdir yaşadığı evində rahat yaşaya bilmədiyini deyir. Onun sözlərinə görə, buna səbəb həyətində inşa edilən çoxmənzilli binanın zibil konteynerlərini evinin pəncərəsinin qarşısında yerləşdirməsidir.

Şikayətçi bildirir ki, dəfələrlə "Müasir Arena MTK”nın rəhbərliyi ilə razılığa gəlməyə çalışsa da, nəticə əldə olunmayıb.

Komendant bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Müvafiq qərar qəbul edildikdən və konteynerlərin yerləşdirilməsi üçün uyğun yer müəyyənləşdirildikdən sonra onların yerinin dəyişdirilməsi mümkün ola bilər.//Xəzər TV


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->