Dərin çökmələr və təhlükə: Turizm potensialı olan avtomobil yolu yararsız vəziyyətdə (VİDEO)
Mart-aprel aylarında yağan intensiv leysan yağışları Xızı rayonunda bir sıra fəsadlara yol açıb.
Hazırda Altıağac-Xızı avtomobil yolunun bir neçə hissəsində çökmələr qeydə alınıb. Yolun yararsız hala düşməsi sürücülər üçün ciddi çətinliklər yaradır. Vətəndaşlar mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
Sürücülərdən biri yolun bərbad vəziyyətdə olduğunu bildirib: "Bu, çökmə deyil, yolun dağılmasıdır. İlk dəfədir bu yoldan istifadə edirəm və vəziyyət dəhşətlidir".
Digər bir sürücü isə yolun turizm potensialına mənfi təsirindən və avtomobillərə vurduğu ziyandan danışıb:
"Yoldakı dərin çökmələr avtomobillərin sıradan çıxmasına səbəb olur. Bura, həmçinin turistlərin çox gəldiyi bölgədir. Lakin yolun belə vəziyyətdə olması turistlərin rahat hərəkətinə ciddi maneələr yaradır".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər