Monteneqro 2028-ci ilin əvvəlində Avropa İttifaqının tamhüquqlu üzvü ola bilər.
Qaynarinfo RTCG portalına istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Monteneqro prezidenti Yakov Milatoviç çıxış ediblər.
"Əminəm ki, bu məqsəd (Monteneqronun 2028-ci ildə Aİ-yə üzvlüyü-red.) real və əldə edilə biləndir. Üç il əvvəl prezident seçildim və o vaxtdan bəri açıq şəkildə bildirdim ki, məqsəd 2028-ci ildə üzvlükdür", deyə Milatoviç bildirib.
Koşta qeyd edib ki, Avropa İttifaqı üçün Qərbi Balkanların birliyə qoşulması mütləq prioritet olaraq qalır. Onun sözlərinə görə, may ayında Aİ 2013-cü ildən sonra ilk dəfə Monteneqronun ittifaqa qoşulması haqqında sazişin hazırlanmasına başlayıb.
Ursula fon der Lyayen isə bildirib ki, Aİ-yə genişlənmə prosesi hər bir ölkənin islahat nəticələrinə əsaslanır. O vurğulayıb ki, Monteneqro zəruri islahatları fəal şəkildə həyata keçirir.
"Əhəmiyyətli islahatlar həyata keçirilib və biz sizi bütün fəsil və klasterlərin bu ilin sonuna qədər bağlanmasına, yəni qoşulma sazişinin razılaşdırılmasına və ratifikasiya prosesinin başlanmasına nail olmağa təşviq edə bilərik... Aİ-nin artım planı çox vacibdir: biz region ölkələri üçün ümumi bazarın bir hissəsini açırıq və onlar bizneslərini genişləndirmək, eyni zamanda investisiya cəlb etmək imkanı əldə edirlər", deyə Avropa Komissiyasının sədri qeyd edib.
Aydın
Şərhlər