Xəbər lenti

Nazir yeni idarə rəisi təyin etdi
Ölkə 14:42 30.05.2024

Nazir yeni idarə rəisi təyin etdi

Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə sözügedən vəzifəyə Fariz Şirinov Eldar oğlu təyin olunub. 

Qeyd edək ki, Fariz Şirinov 17 ildir vəkillik fəaliyyəti ilə məşğuldur. 

Bundan əvvəl Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Kazımov Sübhi Əli oğlu idi. 

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->