Siyasət 14:03 16.05.2022

Nikol Paşinyanın növbəti Rusiya səfəri nəyə hesablanıb?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyada işgüzar səfərdədir. Paşinyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı da gözlənilir.
 
Nikol Paşinyanın Moskvaya növbəti səfərini Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev düşünür ki, görüşdə Putin çalışacaq ki, Paşinyanı Qərbə doğru meyllənmək niyyətindən çəkindirsin:
 
"Ötən bir il ərzində Putin ən çox, 34 dəfə məhz Paşinyanla görüşüb. Paşinyan tez-tez Qərbə istiqamət götürmək meylinə düşür və buŞ Kremlin diqqətindən qaçmır. Onu da qeyd edim ki, hazırda Rusiyanın xaricə çıxışları kifayət qədər daraldığından ən çox əlaqə saxladığı ölkələrədn biri də Ermənistandır. Digır tərəfdən, Brüssel Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında çox maraqlıdır. Rusiya isə bu prosesdə Avropanın aktiv olmasından narahat olub. Çünki Paşinyanın fürsət düşən kimi Qərbə doğru meyllənəcəyini bilir. Ona görə də, Putin çalışacaq ki, Paşinyanı bu addımlardan çəkindirsin. Digər tərəfdən, istisna deyil ki,  Rusiya bölgədə əsas rolu üzərinə götürmək üçün Pşainyanı hansısa şərtlərlə Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur etsin. Bununla da, bölgədə əsas faktor oynadığını bir daha göstərmək istəyəcək”.

Rüfət Sultan