Xəbər lenti

Niyazi Mehdi harda dəfn olunacaq?
Sənət 10:12 28.02.2025

Niyazi Mehdi harda dəfn olunacaq?

Tanınmış filosof, fəlsəfə elmləri doktoru Niyazi Mehdi Məştağa qəbiristanlığında dəfn olunacaq.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Niyazi Mehdinin ailə üzvləri bildirib. 

Niyazi Mehdi ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək. Ailə üzvləri bildirib ki, Niyazi Mehdi saat 14:00-da dəfn olunacaq.

Qeyd edək ki, uzun zamandır ki, səhhətində problemlər yaranan professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. O, əməliyyatdan sonra dünyasını dəyişib.

Bahar Rüstəmli

--> -->