Özbəkistanlı biznesmen Dostonbek Khusanov Azərbaycanda Özbəkistan və Türkmənistan vətəndaşlarını qanunsuz işlətdiyi üçün külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dostonbek Khusanovun rəhbəri olduğu "Özbək Ləzzəti" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Özbəkistan və Türkmənistan vətəndaşlarını işlətdiyi məlum olub.
Onun Türkmənistan vətəndaşları Bayramgeldıyeva Lachyn, Kozıyeva Shahıdan və Özbəkistan vətəndaşı Burxonovanı iş icazəsi olmadan işlərin görülməsinə cəlb etməsi öz təsdiqini tapıb. Barəsində Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Qeyd edək kiki, İXM-in 578.2-ci maddəsinə əsasən, eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə, hüquqi şəxslər 30 min manatdan 35 min manatadək məbləğdə cərimə edilir.
Məhkəmənin qərarı ilə Dostonbek Khusanov İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və hüquqi şəxs qismində 30 min manat məbləğində inzibati cərimə edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi uçotda olan "Özbək Ləzzəti" MMC Binəqədi rayonu, 8 mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 68, mənzil 2-də qeydiyyata alınıb.
Onu da qeyd edək ki, MMC-nin bir neçə gün əvvələ qədər qanuni təmsilçisi Ganıev Djakhongır adlı şəxs olub və şirkət passiv vergi ödəyiciləri siyahısında yer alıb. Hazırda MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5803.8 manat vergi borcu da var.
Aydın
Şərhlər