Xəbər lenti

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazandı
İdman10:54 11.08.2024

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Qaynarinfo-nun məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.