Xəbər lenti

Podolyak Krımın qaytarılması strategiyasını açıqladı
Dünya 09:19 15.09.2023

Podolyak Krımın qaytarılması strategiyasını açıqladı

Ukraynanın Krım üzərində nəzarəti bərpa etmək strategiyası üç əsas məqsəd üzərində cəmlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Ukrayna" prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyaka istinadən yazır.

Mixail Podolyak Krımın qaytarılması strategiyasını açıqlayıb:

"Birincisi: Rusiya hərbi və anbar infrastrukturunu aktiv şəkildə məhv edə bilmək üçün yarımada üzərində səmanı açmalıyıq. Buna nail olmaq üçün "Triumf” da daxil olmaqla raket əleyhinə/havadan müdafiə sistemləri məhv edilir.

İkincisi: biz aktiv döyüş əməliyyatlarının aparıldığı əraziyə genişmiqyaslı resurs və ehtiyat təchizatını dayandırmalıyıq. Bu məqsədlə nəqliyyat logistikası, o cümlədən qeyri-qanuni obyektlər, məsələn, Kerç boğazındakı körpü məhv edilir.
Üçüncüsü: Rusiya Qara Dəniz Donanmasının qalıqlarını Krımın ərazi sularından və onun hüdudlarından kənara çıxarmalı və Qara dənizin xarici yurisdiksiya dənizi statusunu bərpa etməliyik. Bu məqsədlə təmir infrastrukturu və Rusiya hərbi gəmiləri məhv edilir”, - Podolyak bildirib.

Onun sözlərini Ukraynanın son vaxtlar atdığı addımlar təsdiq edir. 

Xüsusilə, sentyabrın 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Sevastopoldakı gəmi təmiri zavoduna on qanadlı raketlə zərbə endirib.

Bu gün səhər saatlarında Rusiyanın "Vasili Bıkov" tipli iki patrul gəmisi hücuma məruz qalıb, Ukrayna tərəfinin məlumatına görə, gəmilərə ziyan dəyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->