Polşa Ordusunun Baş Qərargah rəisi, general Raymund Anjeyçak və ölkə silahlı qüvvələrinin əməliyyat komandanı, general Tomaş Piotrovski istefa ərizəsi yazıb.
Qaynarinfo xəbər verir ki, bu barədə PAP məlumat
yayıb.
Polşa Ordusunun Baş Qərargahının mətbuat katibi İonna Kleyşmit agentliklə söhbətində Anjeyçakın istefası ilə bağlı məlumatı təsdiqləyib. O, hər bir əsgər kimi komandirin də səbəb göstərmədən vəzifəsini tərk etmək hüququna malik olduğunu vurğulayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yacek Qorişevski də PAP-a bildirib ki, qurum Piotrovski ilə əmək münasibətlərinə son qoyub.
Hərbçilərin yüksək rütbəli postları tərk etməsinin səbəbləri açıqlanmır.
Aydın
Şərhlər