Xəbər lenti

Foto 23:16 15.02.2024

Portuqaliya mətbuatından Qurban Qurbanova böyük diqqət (FOTO)

"Qarabağ” bu gecə UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa” ilə ilk oyuna çıxacaq.

Azərbaycanda olduğu kimi Portuqaliyada da bu görüşə böyük maraq var. Yerli mətbuat da bugünkü qarşılaşmaya kifayət qədər diqqət ayırıb.

Portuqaliyanın nüfuzlu idman qəzetlərindən sayılan "O Joqo”da "Qarabağ”la bağlı yazı təqdim olunub. Geniş məqalədə Azərbaycan çempionunun işğaldan azad olunmuş Ağdam şəhərini təmsil etməsi və uzun illər qaçqın komanda statusu daşımasına rəğmən böyük uğurlara imza atmasından söz açılıb, baş məşqçi Qurban Qurbanovun bununla bağlı fikirləri yer alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?