Xəbər lenti

Prezidentdən uşaqlarla bağlı sərəncam
Ölkə 16:40 09.06.2023

Prezidentdən uşaqlarla bağlı sərəncam

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->