Xəbər lenti

Prokuror
Ölkə 11:25 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Proses çıxışlarla davam edib. Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.
--> -->