Xəbər lenti

DÇ-2026: İngiltərə - Xorvatiya oyununda 6 qol
İdman 02:01 18.06.2026

DÇ-2026: İngiltərə - Xorvatiya oyununda 6 qol

Futbol üzrə dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.

Yığmanın heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.
--> -->