Dünya 21:42 28.07.2022

Putin dayana bilməz, o, son rus ölənə kimi müharibə aparacaq - Jdanov

Rusiya prezidenti Vladimir Putin son rus ölənə qədər müharibə aparacaq, o, öz hakimiyyəti üçün elə bir diktatura sistemi qurub ki, geri çəkilə bilmir.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu fikirləri Freedom.UA-nın efirində hərbi ekspert Oleq Jdanov səsləndirib.

"Nə qədər resurs varsa, o (Putin) öz qələbəsinə nail olmaq üçün bunları qazıyıb müharibəyə sərf edəcək. O, dayana bilməz. Onun üçün dayanmaq - həm lider, həm diktator kimi siyasi ölümdür. O, özünü Rusiya Federasiyasının Allahı hesab edir”, - deyə o bildirib.

Jdanov hesab edir ki, Putinin Rusiya ordusunun sıralarını yaxın ölkələrdən gələn "könüllülər” hesabına doldurmağa çalışması təəccüblü deyil:

"Unutmayın, o (Putin) Suriyada muzdlular tutmağa çalışdı, amma orada admlar daha ağıllı çıxdı, onlar pulu əvvəlcədən pul tələb edirdilər və orada işin qiyməti qazaxları, qırğızları, tacikləri muzdlu kimi işə götürməkdən qat-qat baha başa gəlirdi. Ola bilsin, Ermənistanda, ola bilsin, keçmiş Sovet İttifaqının digər respublikalarında muzdlular tutulsun”, - ekspert deyib.

"Bu kömək etməyəcək. Amma bunu biz başa düşürük, məntiqi sağlam insanlar. Putin bunu başa düşmür. O, hesab edir ki, indi könüllü batalyonlarda 34 min nəfər yığsa, onları döyüşə atsa, Ukrayna Silahlı Qüvvələrini əzib keçəcəklər və qələbə onun ardınca gələcək. O, belə düşünür”, - Jdanov əlavə edib.

Xatırladaq ki, ABŞ Prezident Administrasiyası Ukrayna ilə müharibə zamanı 75 mindən çox rusiyalının öldüyünü və yaralandığını bildirib. Ağ Ev hesab edir ki, müharibənin növbəti bir neçə həftəsi həlledici olacaq.
 
Alpər