Xəbər lenti

Qazaxıstanda iki hakimiyyətyönlü partiya seçkilərdən öncə birləşdi
Dünya 16:40 12.06.2026

Qazaxıstanda iki hakimiyyətyönlü partiya seçkilərdən öncə birləşdi

Qazaxıstanda hakim Amanat Partiyası prezidentə yaxın mövqeyi ilə tanınan Adilet Partiyası ilə birləşdiyini elan edib. 

Qaynarinfo xəbər verir ki, birləşmə ölkədə yeni konstitusiyanın qüvvəyə minməsindən sonra keçiriləcək parlament seçkiləri ərəfəsində baş verib.

Deputat Ünzila Şapak bildirib ki, bu qərar siyasi fərqliliklərdən daha çox "millətin maraqlarını önə çıxarmaq” zərurətindən irəli gəlir. Onun sözlərinə görə, bu addım cəmiyyət və dövlətin maraqlarına xidmət edən siyasi qüvvələrin potensialının gücləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Qazaxıstanda siyasi sistem islahatları davam edir. Mart ayında qəbul edilən yeni konstitusiyaya əsasən, parlamentin iki palatalı sistemi ləğv edilərək bir palatalı modelə keçilir, deputat sayı azaldılır və vitse-prezident vəzifəsi yenidən təsis olunur.

Yeni konstitusiyaya görə, parlament 1 iyuldan etibarən səlahiyyətlərini dayandıracaq. Prezident Kasım-Jomart Tokayev bir ay ərzində seçki tarixini elan etməlidir və seçkilər konstitusiyanın qüvvəyə minməsindən sonra iki ay ərzində keçirilməlidir.

Kasım-Jomart Tokayevin prezidentlik səlahiyyətlərinin 2029-cu ildə başa çatacağı bildirilir.

Aydın
--> -->