Dünya 10:17 26.09.2022

Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayır

Jambıl və Almatı vilayətlərində (Qazaxıstanın cənub və cənub-şərqində) sentyabrın 26-dan oktyabrın 8-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin (KÇRQ) "Qarşılıqlı fəaliyyət-2022 ", "Axtarış-2022", "Eşelon-2022" adlı təlimləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hərbi kontingentlərin hərəkəti zamanı komendantlıq, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələləri işlənəcək", - Müdafiə Nazirliyi əlavə edib.
Daha əvvəl KTMT-nin birgə qərargahı məlumat verib ki, KTMT KÇRQ ilə "Qarşılıqlı fəaliyyət-2022” komanda-qərargah təlimi Mərkəzi Asiya kollektiv təhlükəsizlik regionunda silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatın hazırlanması və keçirilməsi məsələlərinin işlənməsini nəzərdə tutur.
Bildirilib ki, təlimlərdə ilk dəfə olaraq kollektiv qüvvələrin yeni bölməsi - KTMT-nin mühafizəsi və tibbi təminatı üzrə RXB-nin birgə formalaşdırılmasında iştirak edəcək.

"Axtarış-2022” xüsusi təlimi zamanı KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin maraqları naminə KTMT-yə üzv dövlətlərin kəşfiyyat orqanlarının qüvvə və vasitələri tərəfindən kəşfiyyatın təşkili və aparılması məsələləri işlənəcək.

"Eşelon-2022” xüsusi təlimi logistikanın təşkili məsələlərinin işlənib hazırlanmasına yönəlib.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
 
Alpər