Xəbər lenti

Siyasət 15:18 28.09.2023

Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü olacaq.

Qaynarinfo xəbər verir ki, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü dəqiq tarixi hələ məlum deyil.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Daha öncə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?