İdman 23:19 11.11.2023

Renat Dadaşovun komandası "Qalatasaray"ı məğlub etdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunun heyətində növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisinin heyətində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətində başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" 17 xalla 9-cudur, lider "Qalatasaray"ın 31 xalı var.