
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatını 7 medalla başa vuran idmançıları təbrik edib.
Qaynarinfo xəbər verir ki, ACF prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb. Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici – 7 medalla başa vurub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram", - Rəşad Nəbiyev vurğulayıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial sabah başa çatacaq. Azərbaycan cüdoçuları fərdi mübarizəni rekord sayda - 7 medalla başa vurublar.
Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.


