Dünya 11:26 04.05.2022

Roma Papası: "Orban dedi ki, ruslar müharibəni 9 mayda bitirəcək"

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilin müharibəni dayandırmasında rolu ola bilərmi sulanı Roma Papası Fransisk başını yelləyərək cavab verib. 

Qaynarinfo corriere.it-ə istinadən xəbər verir ki, Papa Krillə danışdığını və onun müharibəyə haqq qazandırdığını bildirib.

"Mən Kirillə "zoom" vasitəsilə 40 dəqiqə danışmışam. Görüşümüzün ilk 20 dəqiqəsində o, əlində xəritə ilə müharibəni əsaslandırmağa çalışdı.  Mən ona qulaq asdım və dedim: "Bundan heç nə anlamıram". Qardaş, biz dövlət xadimləri deyilik, siyasətin dilindən istifadə edə bilmərik, ancaq İsanın dili ilə danışa bilərik. Biz Allahın eyni müqəddəs xalqının qullarıyıq. Atəşə son qoymaq üçün sülh yollarını axtarmalıyıq. Patriarx Putinin "oyuncağına” çevrilə bilməz. 

Viktor Orbanla görüşəndə o, mənə dedi ki, rusların planı var və hər şey mayın 9-da bitəcək. Ümid edirəm ki, bu belədir. İndi bu, təkcə Donbas deyil, Krımdır, Odessadır, Ukraynadan Qara dəniz limanların alınmasıdır. Mən pessimistəm, amma müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik”.

Nizami Bağırov