Xəbər lenti

Ronaldo 1200-cü oyununa çıxdı
İdman 12:19 09.12.2023

Ronaldo 1200-cü oyununa çıxdı

Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr"ın formasını geyinən Kriştiano Ronaldo 1200-cü oyununa çıxıb.

Qaynarinfo-nun məlumatına görə, Portuqaliyalı futbolçu bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunda "Ar-Riyad"la oyunda reallaşdırıb.

İlk "11-lik"də meydana çıxan portuqaliyalı ulduz oyunda hesabı açıb. 

"Al-Nassr"ın 4-1 hesabı ilə qalib gəldiyi matçda 38 yaşlı superulduz klub və milli karyerasında qollarının sayını 868-ə yüksəldib.

O sosial şəbəkə hesabında bu uğuruna münasibətini bildirib:

"Daha üç xal. 1200-cü oyuna çatmağımda kömək edən bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Əla yoldur, amma hələ bitirməmişik".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->