XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)
Ölkə21:57 01.09.2026

Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)

Müğənni Roza Zərgərli Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində dövlət rəsmilərinin qarşısında çıxış edib.

Qaynarinfo xəbər verir ki, açılış mərasimində xüsusi qonaq kimi Roza Zərgərli də səhnə alıb. O, 51 minlik Bişkek Stadionunda meqahiti “İstədim” mahnısını səsləndirib.

Qeyd edək ki, mərasimi izləyənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da olub.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.