Xəbər lenti

Roza Zərgərli ölümdən döndü
Maqazin 10:48 28.05.2023

Roza Zərgərli ölümdən döndü

Müğənni Roza Zərgərli səhhətində yaranmış problem barədə paylaşım edib. 

Sənətçinin sözlərinə görə, mayın 7-i qatıldığı "Bakı marafonu 2023”ün konsertindən sonra xəstəxanalıq olub.

İfaçı "Nə biləydim ki, konsert bitən kimi 21 gün xəstəxanada həyat mücadiləsi olacaq? Allahım yenə qurtardı məni. 2-ci ad günüm mübarək” – sözlərini qeyd edib.

Müğənninin köməkçisinin OLAY-a verdiyi məlumata görə, R.Zərgərli sözügedən tədbirdən 1 həftə əvvəl apendisit əməliyyatı keçirib:

"Sağalandan sonra marafona qatıldı və orada halı pisləşdi. Hətta vəziyyət o qədər pis idi ki, təcili tibbi yardımla xəstəxanaya çatdırdıq. Orada məlum oldu ki, pnevmaniya keçirir və qan zəhərlənib. 3 həftə xəstəxanada müalicə aldı. Ölümdən qayıtdı. Buna baxmayaraq, yaşadığı hadisələr haqda sosial şəbəkələrdə məlumat yayılmasını istəmədi. İndi şükür, sağlamdır və vəziyyəti yaxşıdır”.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->