Ölkə 21:43 24.01.2023

RSK-ya məxsus avtomobil karvanı Laçın-Xankəndi yolundan keçdi (FOTO)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA xəbər verir ki, Laçından Xankəndi istiqamətinə 5 yük və 1 minik avtomobili keçirilib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıblar.