İdman 15:57 10.02.2023

"Sabah"la "Səbail"in futbolçuları cəzalarını aldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə komitə Premyer Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarları çıxarıb.

Misli Premyer Liqasının XXI turunun "Zirə” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).

Misli Premyer Liqasının XXI turunun "Sabah” – "Səbail” oyununda "Səbail” klubunun 14 nömrəli oyunçusu Rahid Əmirquliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun kənarlaşdırılır, klub 200 manat cərimə olunur (maddə 47.1).

Misli Premyer Liqasının XXI turunun "Sabah” – "Səbail” oyununda "Sabah” klubunun 19 nömrəli oyunçusu Jon İrazabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə oyunçu 1 oyun kənarlaşdırılır, klub 200 manat cərimə olunur (maddə 47.1).

Səbuhi Həsənov