
Latviya hökumətinin başçısı Andris Kulberqs avropalıları Ukraynaya dəstəyi davam etdirmək üçün spirtli içkilərin istehlakını azaltmağa çağırıb. O, avropalıların şəxsi rahatlıqları barədə daha az düşünməli olduqlarını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ukraynaya dəstək pul tələb edir. Bu, hər bir avropalı üçün ildə bir bokal pivə, hətta ondan da az xərc deməkdir”, deyə Kulberqs vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya yardımın davam etdirilməsi Avropa ölkələri üçün maliyyə baxımından böyük yük deyil və bunun üçün müəyyən şəxsi xərclərdən imtina etmək mümkündür.
Qeyd edək ki, son vaxtlar Avropada Ukraynaya dəstəklə bağlı müzakirələr intensivləşib. Oktyabrın 15-də “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniyada korrupsiya hallarının və islahatların ləngiməsinin Kiyevə ictimai dəstəyi azaltdığını yazıb. Nəşr bu vəziyyətə görə Ukrayna rəhbərliyini tənqid edib.
Aydın
