Xəbər lenti

Sabiq prokuror vəfat etdi
Ölkə 12:44 27.07.2026

Sabiq prokuror vəfat etdi

Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.

Qaynarinfo Shimal.News-a istinadən xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.

1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan F.Musayev Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.

O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->