Ölkə 19:10 22.12.2022

Sabir Rüstəmxanlı: “Mədəniyyət sahəsi Anar Kərimovun bildiyi iş deyildi”

"Məncə, düzgün qərardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı mədəniyyət naziri Anar Kərimovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Prezidentin sərəncamını şərh edərkən deyib. Deputat bildirib ki, mədəniyyət sahəsi Anar Kərimovun bildiyi iş deyil:

"Müavininin əliəyriliyindən xəbəri olub, yoxsa olmayıb? - bu barədə bir şey deyə bilmərəm. Amma məndən inciməsin, mədəniyyət sahəsi onun bildiyi və bacaracağı iş deyildi”.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən uzaqlaşdırılıb.

Bahar Rüstəmli