İstanbulda aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli olan "Fənərbağça" klubunun prezidenti Sadettin Saranın narkotik testinin nəticəsi müsbət çıxıb.
Qaynarinfo xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində qan və saç nümunələri götürülən şübhəlilərlə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən rəy hazırlanıb.
Rəyə əsasən, "Fənərbağça” klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik maddə testi müsbət nəticə göstərib. Eyni zamanda, Saranın qan, sidik və dırnaq nümunələri üzrə aparılan testlərin nəticələrinin mənfi olduğu müəyyən edilib.
Aydın
Şərhlər