Xəbər lenti

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında Ermənistanın ekoloji terrorundan danışdı
Ölkə 16:39 06.06.2024

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında Ermənistanın ekoloji terrorundan danışdı

Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan ekoloji terror törədib.

Qaynarinfo  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında deyib.


Sahibə Qafarova qeyd edib ki, bu gün həmin ərazilər Azərbaycan Prezidenti tərəfindən Yaşıl Enerji Zonası elan edilib:

"Təəssüf ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çaylarımızı da çirkləndirib". 

Spiker bildirib ki, bu gün həmin ərazilərdə aparılan yenidənqurma işlərində ağıllı şəhər və "ağıllı kənd" yanaşmaları tətbiq edilir.

Qafqaz Rafiqoğlu
--> -->