Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatları həm xammal tədarükünün sabitliyi, həm də nüvə energetikasının gələcək inkişaf xərclərinin azaldılması baxımından mühüm rol oynaya bilər.
Lakin Ordosda uran hasilatı asan olmayacaq. Mövcud məlumatlara görə, əsas çətinliklərə quraq regionda suya çıxış, hasilat tullantılarının təhlükəsiz şəkildə saxlanılması, eləcə də işçilər üçün lazımi əmək şəraitinin təmin edilməsi daxildir.
Müəllifin təhlilinə görə, Pekin bu yataqların genişmiqyaslı işlənməsinə qərar verərsə, bu, qlobal uran bazarında ticarət əlaqələrinin dəyişməsinə və xammalın dünya qiymətlərinə təsir göstərə bilər.
Öz daxili tələbatını təmin etmək üçün kifayət qədər urana malik olan Çin qlobal enerji keçidi ilə əlaqədar təzyiqlərə qarşı daha az həssas vəziyyətə düşə bilər.
Bununla yanaşı, yatağın real iqtisadi potensialının qiymətləndirilməsi və onun sənaye miqyasında işlənməsinin mümkünlüyünün müəyyənləşdirilməsi üçün əlavə araşdırmalar tələb olunur.
Aydın
Şərhlər