Xəbər lenti

Sınaq başa çatdı: Azərbaycanda kriptovalyutalardan istifadə ediləcək?
Ekonomiks 13:09 14.08.2025

Sınaq başa çatdı: Azərbaycanda kriptovalyutalardan istifadə ediləcək?

Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrünün başa çatdığını bəyan edib. Dəstəklənən layihələr əsasən kriptovalyuta əməliyyatları ilə bağlı olub.

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramovun sözlərinə görə, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün "m10" tətbiqinin "Binance" platformasına inteqrasiyası nəzərdə tutulur:
 


"İstifadəçilər bu inteqrasiya vasitəsilə "Binance" cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə "kriptobroker platforması" virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd, həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir. Azərbaycan Mərkəzi Bankı hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımından vacibdir".

"Mərkəzi Bankın test layihələri yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağırışlardan biridir", – deputat qeyd edib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->