Ölkə 11:41 08.12.2023

Spiker: "Dünən sülh sazişinin bağlanması niyyəti təsdiq edildi"

"Dünən Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq niyyəti təsdiq edilib".

Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı dərc edilib: 

"Dünən sülh sazişi bağlamaq niyyəti təsdiq edilib. Bu addımların davamını biz yaxın zamanlarda müşahidə edəcəyik".
 
Qafqaz Rafiqoğlu