Xəbər lenti

Stubb:
Dünya 14:39 21.10.2025

Stubb: "Tramp NATO-nun müdafiəsinə sadiqdir, lakin..."

Finlandiyanın prezidenti Aleksander Stubb bəyan edib ki, ABŞ prezidenti Donald Tramp NATO-nun müdafiəsinə sadiq qalsa da, Avropa ölkələri Rusiya təhlükəsi qarşısında daha realist və məsuliyyətli mövqe tutmalıdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Stubb  The Times-a müsahibəsində deyib.

Stubb qeyd edib ki, Avropa artıq təhlükəsizlik baxımından ABŞ-a tam arxalanmaq lüksünü itirib:

"Trampın NATO-nu müdafiə etməyə sadiq olduğuna inanıram. Amma Avropa başa düşməlidir ki, biz öz təhlükəsizliyimizin əsas təminatçısı olmalıyıq”.

Onun sözlərinə görə, Rusiya "uzunmüddətli və strateji təhlükə olaraq qalır” və Ukraynada müharibə bu reallığı bir daha göstərib.

Stubb vurğulayıb ki, Avropa dövlətləri müdafiə xərclərini artırmalı, sənaye istehsalını gücləndirməli və kollektiv müdafiə qabiliyyətlərini inkişaf etdirməlidirlər.
"Biz ABŞ-a minnətdarıq, amma Avropa təhlükəsizliyi yalnız Vaşinqtona bağlanmamalıdır”, – deyə Finlandiya lideri əlavə edib.

Stubb həmçinin bildirib ki, Finlandiya və Skandinaviya ölkələri artıq Rusiya sərhədində təhlükəsizlik risklərini daha real şəkildə qiymətləndirir və bu istiqamətdə NATO ilə sıx əməkdaşlıq edirlər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->