Texnologiya 15:47 02.05.2023

Süni intellektin “xaç atası” "Google"dan ayrıldı - Bundan sonra həqiqəti deyəcək

75 yaşlı Nobel mükafatı laureatı indi sakitcə neyron şəbəkənin inkişafının bütün riskləri haqqında danışa bilir. Ceffri Hinton indiki süni intellekt bumuna səbəb olan fundamental işinə görə 2018-ci idlə "Turing" mükafatını alıb. İndi alim ömrünü sərf etdiyi işinə görə bir qədər peşman olduğunu deyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Hinton süni intellektin riskləri haqqında sərbəst danışmaq üçün bu yaxınlarda "Google"dakı işini tərk edib.

"Adi bir bəhanə ilə özümü təsəlli edirəm: mən bunu etməsəydim, başqası edəcəkdi", deyə süni intellektin "xaç atası” qeyd edir.

NYT-yə verdiyi müsahibədə Hinton, "Microsoft"un "Google"un əsas biznesinə meydan oxuyan yeni "OpenAI"ni dəstəkləyən "Bing"i işə salana qədər "Google"un texnologiyanı necə idarə etməsindən məmnun olduğunu söyləyib. 

Hinton deyir ki, bu şiddətli rəqabət dezinformasiyanın artmasına gətirib çıxara bilər və nəticədə heç kim "hansının həqiqət olduğunu" anlaya bilməyəcək.

"Google"un baş elmi işçisi Ceff Din Hintonun sərt ifadələrini yumşaltmağa çalışıb: "Biz süni intellektə məsuliyyətlə yanaşmağa davam edirik. Biz daim ortaya çıxan riskləri başa düşməyi, həmçinin cəsarətlə yenilik etməyi öyrənirik”.

Nizami Bağırov