Ekonomiks 16:26 12.03.2024

Suraxanı sakinlərinin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq

"Qaraçuxur” QPS-də "Əhali” kollektorundan ayrılan "Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.