Xəbər lenti

Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq
Sənət13:20 13.10.2026

Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni tamaşa hazırlayır.

Qaynarinfo xəbər verir ki, kollektiv Əməkdar incəsənət xadimi, yazıçı-filosof Firuz Mustafanın “Su pərisi” pyesi əsasında səhnə əsəri üzərində işləyir.

Hazırda tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.

Səhnə əsərində Məmməd Məmmədov, Gülarə Məmmədova, Gündüz Qasımov, Aybəniz Cahangirova, Mobil Qurbanov, Orxan Abışov, Nihad Heybətov, Sahib İbrahimov və Vüsal Məmmədov rol alacaqlar.

Bahar Rüstəmli