Xəbər lenti

Dünya 14:40 08.04.2024

"Tagesspiegel": Zelenskinin reytinqi qeyri-populyar kadr qərarlarına görə düşür

Ukrayna prezidenti Volodimir Zelenskinin fəaliyyətini bəyənmə reytinqi kadr dəyişiklikləri fonunda 80%-dən 61%-ə düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel” qəzetinə avstriyalı politoloq, Şərqi Avropa və Rusiya üzrə ekspert Gerhard Manqott bildirib. 

Nəşrin fikrincə, Zelenskinin komandasına inam səviyyəsi daim aşağı düşür, çünki "daha az adam bu kadr dəyişikliklərinin qələbəyə səbəb ola biləcəyinə inanır”.
 
"Etibarsızlıq səviyyəsi etibar səviyyəsini xeyli üstələyir. Keçən ilin sentyabrından ukraynalılar həqiqətən yaxşı xəbər almayıblar”, - Kiyev Sosiologiya İnstitutunun rəhbəri Volodimir Paniotto bildirib.

Ukrayna prezidentinin reytinqinin aşağı düşməsinin səbəbləri arasında korrupsiya ilə bağlı həll edilməmiş problemlər və onun prezident administrasiyasında "avtoritar meyllərin artması” da var. Alman Xarici Siyasət Cəmiyyətinin Şərqi Avropa üzrə eksperti Stefan Meyster əmindir ki, Rusiya-Ukrayna münaqişəsində vəziyyət müharibədə nə qədər kritik olsa, "Zelenskiyə bir o qədər təzyiqlər olacaq”.

Xatırladaq ki, yanvarda Ukrayna ordusunun rəhbərliyini yeniləyən Volodimir Zelenski mart ayında öz administrasiyasında təmizləmə aparıb. Ötən həftə o, Aleksey Danilovu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib. Prezident ofisinin rəhbərinin müavini və prezidentin birinci köməkçisi, onun çoxdankı dostu və biznes ortağı Sergey Şefir də işdən çıxarılıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->