Xəbər lenti

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
İdman12:02 19.10.2026

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, Misli Premyer Liqasının VIII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

"Ağ-qaralar" rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız "Qarabağ"dan geri qalır.

Qeyd edək ki, "ağ-qaralar" səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda "Avtomobilçi"nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.