XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

TƏBİB-dən Fazil Mustafanın vəziyyəti ilə bağlı açıqlama (YENİLƏNİB)
Ölkə18:57 28.03.2023

TƏBİB-dən Fazil Mustafanın vəziyyəti ilə bağlı açıqlama (YENİLƏNİB)

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir: "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”.
 ***
 Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 
Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb.
Bu barədə Redaktor.az-a millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur:
"Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarını incələyirlər".